İranda etirazlarda prokuror və bir neçə təhlükəsizlik əməkdaşı öldürülüb

İranda etirazlarda rayon prokuroru öldürülüb.

Bu barədə IRIB məlumat yayıb.

Qeyd edilib ki, ötən gecə İranın Xorasanın vilayətinin şimalında, Əsfərayen rayonunda bölgə prokuroru Əli Əlbər Hüseynzadə etirazçılar tərəfindən öldürülüb.

Bildirilib ki, etirazçılar Hüseynzadə və hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının içərisində olduğu konteyneri yandırıblar.

Etirazçılar sözügedən şəxslərə yardım edilməsinə də mane olublar. Nəticədə konteynerdəkilərin hamısı ölüb.

Məlumata görə, hadisəni törədənlər Xorasan vilayətinin yerli əhalisindən olmayıb.

Hadisə prokuror etiraz aksiyalarının baş verdiyi ərazidə vəziyyətlə tanış olmaq istədiyi vaxt baş verib.