Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində Kərbəla qəhrəmanı Xanım Zeynəbin (s.ə) vəfatı münasibətilə əzadarlıq məclisi təşkil olunub. Məclis Quran tilavəti ilə açılış edərək ardınca növhələr oxunub. Daha sonra ilahiyyatçı alim Hacı Rüfət Məmmədov çıxış edib.
O, söhbətinin əvvəlində Xanım Zeynəbin (ə) olduqca böyük ruha və mənəvi səciyyələrə malik olduğuna diqqət çəkərək bu əzəmətli xanım haqqında xütbə etməyin çətinlini bildirib. Eyni halda ruhani qeyd edib ki, Aşura məktəbi dəyərlər, azadlıq və hürriyyət məktəbidir və bu məktəbi, bu inqilabı qoruyub-saxlayan Xanım Zeynəbi - Kubra (s.ə) olduğundan, nəticə etibarilə bütün dəyərlər Xanım (s.ə) tərəfindən qorunmuşdur.
Hacı Rüfət Məmmədov bu məsələyə də işarə edib ki, Xanım Zeynəb (s.ə) dedikdə dəyərlər yada düşür, şücaət, iffət və həya xatırlanır. O, Xanımın (s.ə) çoxlu ibadət etməsinə də toxundu və İmam Səccaddan (ə) bu qədər müsibətlərlərə rəğmən Həzrəti Zeynəbin (s.ə) bir gecə olsun belə gecə namazını tərk etməməsini nəql edib.
Hacı, Xanımın şücaətinə də işarə edərək buyurub ki, Xanım Zeynəb (s.ə) Yezidin məclisində Yezidin qarşısında vüqarla duraraq mübarizə dolu tarixi çıxışında onun həqir və zəlilliyini bəyan edib.
Ruhani söhbətinin sonunu Xanım Zeynəbin (s.ə) müsibətlərini əhatə edən rövzə oxunuşu ilə bitirib.
Xanım Zeynəbi - Kubranın (s.ə) əzadarlıq məclisi keçirilib