İsraildə avtobus etirazçıların içərisinə daxil olaraq vətəndaşlara xəsarət yetirib, ölən var

Qüdsdə hökumətin məcburi hərbi xidmətinə etiraz edən ultra-ortodoks (Haredi) yəhudilərini hədəf alan hadisə bir daha ölkədəki dövlət repressiyalarını və təhlükəsizlik boşluqlarını ortaya qoydu. Dinc etiraz zamanı bir avtobus izdihama girərək bir nəfəri öldürdü və ən azı üç nəfəri yaraladı.

Bar-İlan küçəsi yaxınlığında keçirilən və təxminən 10.000 insanın qatıldığı etiraz, Haredi icmasının məcburi hərbi xidmətə qarşı çıxdığını ifadə edib. Nümayiş davam edərkən, nəzarətdən çıxmış bir avtobus izdihama girib. Hadisə yerindəki panik və xaos təhlükəsizlik qüvvələrinin etirazı idarə etməkdə ciddi çatışmazlığını ortaya qoyub.

Avtobusun altında qalan bir etirazçı ağır yaralı vəziyyətdə çıxarılıb, lakin xəstəxanaya aparıldıqdan sonra ölüb. İsrail hakimiyyəti digər yaralı etirazçıların vəziyyəti ilə bağlı aydın və şəffaf bir izahat verməyib.

Bu hadisə İsrail hökumətinin hətta öz cəmiyyətinə qarşı belə repressiv və məsuliyyətsiz siyasət yürütdüyünə dair tənqidlərə səbəb oldu və etirazlara yanaşmasının getdikcə təhlükəli hala gəldiyi barədə şərhlərə səbəb olub.