Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdən azad olunan üzvlərinin sayı 9-a çatıb. Hərəkatın daha bir üzvü — Telman Rəşidov bu gün cəzasını çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Məhbusların azad edilməsi 2025-ci ilin dekabr ayının sonunda imzalanmış Amnistiya aktı çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Rəşidov Telman Hüseyn oğlu 2023-cü il fevralın 4-də saxlanılmışdı. Barəsində saxta narkotik ittihamları ilə cinayət işi açılmış, 2 noyabr 2023-cü il tarixində məhkəmənin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Siyasi məhbus Telman Rəşidov azadlığa buraxılıb