Son günlər Azərbaycanda, əsasən də, paytaxt Bakıda "Azəriqaz" İstehsalat Birliyinin (İB) ödəniş sistemində ciddi texniki problem yarandığı bildirilir.
Ayrı-ayrı vətəndaşların AzadlıqRadiosuna şikayətlərinə görə, ödəniş terminalları vasitəsilə qaz kartlarına pul yatırıldığı halda, vəsait kartlara yüklənmir, sayğacda kart balansı boş göstərir.
Problem mexaniki sayğaclardan yararlanan abonentlərə aid deyil.
"Bayram gözümüzdən gəldi"
"Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə limitlər sıfırlanır. Azərbaycanda 1200 kuba qədər qaz 12 qəpikdən hesablanır. 1200-dən 2500-ə qədər isə hər kub 22 qəpikdən, ondan çox olan hissə isə 30 qəpikdən hesablanır. Bizim kimi kasıblar ili birtəhər yola verib, yanvarın 1-dən gözləyirdi ki, sayğaca 12 qəpikdən qaz yükləsin. Amma biz və bizim kimi kasıb əhali yanvarın 1-i, 2-si qazsız qaldıq. Bayram gözümüzdən gəldi", - Bakı sakinlərindən biri vurğulayıb.
Şikayətlərə görə, "Azəriqaz" İB-nin "Qaynar xətt" xidməti də zənglərə cavab vermir: "Bu soyuqda qazsız qalmaq olar?! Niyə kasıbı düşünən yoxdur? Məcbur qalıb elektrik qızdırıcıları işə salmışıq. Hər otağa bir elektrik qızdırıcısı qoyanda nə qədər işıqpulu gələcək".
"Azəriqaz" İB-dən hələ də rəsmi açıqlama verilməyib. Vətəndaşlar isə bayramla bağlı qeyri-iş günləri olduğundan ödənişlərinin taleyi ilə bağlı qeyri-müəyyənlik yaşadıqlarını, nə pullarını geri ala bildiklərini, nə də qazdan istifadə imkanının təmin olunduğunu deyirlər.
Bakıda yeni ilin soyuq qış günlərində 'Azəriqaz' kartlarında problem yaranıb