“Toplum TV” ilə bağlı cinayət işi üzrə həbsdəki jurnalistlər onların xarici ölkələrə səfərlərinin qaçaqmalçılığın sübutu kimi göstərilməsini absurd adıandırıblar. Onlar yanvarın 5-dəki məhkəmədə belə deyiblər.
“Toplum TV” işi üzrə 9 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Aylardır sürən məhkəmə prosesində həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin dindirilməsi yekunlaşıb. İndi sənədlərin tədqiqi mərhələsidir.
Yanvarın 5-dəki məhkəmədə təqsirləndirilən şəxslər onların işinə baxan, Azər Tağıyev, Elnur Nuriyev və Roman Ələkbərovdan ibarət hakimlər kollegiyasına bir daha etirazlarını dilə gətiriblər. Etirazı səsləndirən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov hakimlərin məhkəməni qətiyyən ədalətli keçirmədiklərini, iş üçün önəmli vəsatətlərin heç birinin təmin edilmədiyini vurğulayıb.
Öncəki etirazlar kimi, bu da baxılmamış saxlanılıb.
“Xaricə səfərlərimiz niyə ittihama salınmalıdır?”
A.Qurbanov xarici ölkələrə səfərlərin qaçaqmalçılığın sübutu kimi dəyərləndirilməsindən də danışıb. O, əslən gürcüstanlı olduğuna, orada qohum-əqrəbasının yaşadığına diqqət çəkərək, həmin ölkəyə səfərlərinin qaçaqmalçılıq məqsədi güdmək kimi tanıdılmasını absurd sayıb:
“Yaxud da ABŞ-yə, Almaniyaya, başqa ölkələrə dəvət olunmuşam, səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər, guya bununla da qaçaqmalçılığı sübut ediblər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittihama salınmalıdır?”.
Digər təqsirləndirilən şəxslər də eyni məsələyə etiraz ediblər. “Toplum TV”nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli deyir ki, elə səfərləri var ki oraya dövlət rəsmiləriylə birlikdə qatılıblar.
Jurnalist Müşfiq Cabbarov həbsindən az öncə xarici ölkələrdən birindən avtomobil alıb. 2024-cü ilin martında jurnalist həbs olunduğundan, avtomobili Bakıda gömrükdən buraxdırmaq mümkün olmayıb, elə orada qalıb.
Vəkil Rəsul Cəfərovun sözlərinə görə, indi həmin avtomobilin harada olduğu bilinmir: “Sorğu versək də, nəticəsi yoxdur. O maşın gömrükdən hara gedib, bilinmir”.
Hakim Azər Tağıyev deyib ki, məhkəmə də sorğu verib, avtomobilin aqibəti barədə məlumat almağa çalışacaq.
“Toplum TV” işi üzrə jurnalistlərin məhkəməsi yanvarın 7-də davam edəcək.
Xatırlatma
“ToplumTV” işi üzrə həbslər 2024-cü ilin martından başlanıb. Həmin vaxt bu işlə bağlı 7 nəfər, o cümlədən Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamıyla həbs olunublar. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında İsmayılov həbs edilib.
Ötən ilin fevralında “Toplum TV” işi üzrə daha bir jurnalist - Şahnaz Bəylərqızı da həbs olunub, ancaq elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb. Onun haqqındakı cinayət işi ayrılıb.
Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edirlər ki, adları həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
'Toplum TV' işi: 'Xarici səfərlərimiz niyə ittihama salınmalıdır?'