Məhəmməd Peyğəmbərin (s.ə) övladı İbrahimin vəfatı

Hicrətin 10-cu ili Rəcəb ayının 18-ci günü Peyğəmbərinin (s) övladı İbrahim 1-il 10-aylığında vəfat etdi və Bəqi qəbristanlığında dəfn olundu.
İbn Şəhraşub ibn Abbasdan rəvayət edir i, bir gün Peğəmbər (s) sağ ayağında imam Hüseyni (ə), sol ayağında isə oğlu İbrahimi oturtmuşdu. Bir dəfə imam Hüseyni (ə) bir dəfə də İbrahimi öpürdü. Bu zaman Cəbrail (ə) nazil oldu və dedi: “Ey Məhəmməd (s)! Allahın sənə salam göndərir və buyurur: bu iki uşağın hər ikisi sənin üçün qalmayacaq və onlardan birini o birinə qurban ver!”.
Peyğəmbər (s) İbrahimin üzünə baxıb ağladı və sonra imam Hüseynin (ə) üzünə baxaraq göz yaşı axıdaraq belə buyurdu: İbrahimin anası Mariyadır. Onun ölümünə məndən başqa kimsə kədərlənməz amma Hüseynin (ə) anası Fatimə (s.ə), atası əmim oğlu Əlidir (ə) – mənimlə ət və qan kimidir. Əgər Hüseyn getsə məndən başqa qızım və əmim oğlu da, kədərlənəcək. Mən öz kədərimi onların kədərindən üstün tturam. Ey Cəbrail! İbrahimi Hüseynə (ə) fəda etdim. Bu hadisədən üç gün sonra İbrahimin ruhu Cənnətə tərəf qanad açdı və Peyğəmbər (s) onun qəmindən dağlanaraq kədərləndi. (Mənaqibi ali əbi Talib (ə); c.3, s.234).