İsrail: Türkiyəyə imkan verməyəcəyik ki…

İsrail Türkiyənin F-35 qırıcılarını əldə etməsinə imkan verməyəcək.

Bu barədə İsrailin xarici işlər nazirinin müavini Şaren Haskel bildirib.

O deyib ki, sözügedən hərbi təyyarələrdə istifadə edilən texnologiyaların mühüm hissəsi İsraildə hazırlanır və elə buna görə də, İsrail həmin texnologiyaları Türkiyə ilə bölüşməyəcək.

Haskel əlavə edib ki, hətta əgər Türkiyə F-35-ləri əldə etsə belə, İsrailin həmin texnologiyaları rəsmi Ankaraya verməyəcək.