Tehranda gərginlik fonunda internet və mobil rabitə kəsildi

İranda etirazlar davam edir.

Media orqanları etirazların miqyası və xarakteri ilə bağlı ziddiyyətli məlumatlar dərc edir. Qərb media orqanları iğtişaşların bütün ölkəni bürüdüyünü və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəinki böyük izdihamın öhdəsindən gələ bilmədiklərini, həm də tez-tez etirazçıların tərəfini tutduqlarını iddia etsələr də, İran rəsmi media orqanları bu xəbərləri yakanlayırlar.

Qərbin İranı görmək istədiyini dilinə gətirdiklərini söyləyən İran media orqanları vəziyyətin Qərbin söylədiyi kimi olmadığını bildirirlər.

Bu arada, İranın dövlət mediası tez-tez etirazçıların şəhərləri ələ keçirməsi ilə bağlı xəbərləri də təkzib edib və vəziyyətin hökumətin nəzarəti altında olduğunu söyləyib.

Qeyd edək ki, İranda internetin verilişi tamamilə dayandırılıb. Hazırda heç bir hökumət saytı da işləmir.

İranda narazılığın səbəbi rialın çökməsidir. Dekabr ayında ölkədə rəsmi inflyasiya 42,5%-ə çatıb.