İran ordusu yanvarın 10-da ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə sadiq olduğunu elan edib. Ordu digər qüvvələrlə birlikdə ölkənin strateji infrastrukturunu mühafizə edəcəyini açıqlayıb.
AzadlıqRadiosunun Radio Fərda xidməti yazır ki, ordunun yaydığı açıqlamada etirazlar “düşmənin təhriki” adlandırılıb. Bu açıqlama etirazçıların ordu və polisdən onların tərəfinə keçməsini tələb etməsindən sonra yayımlanıb. Bənzər tələbi mühacirətdəki İran şahzadəsi Reza Pəhləvi paylaşıb.
Radio Fərda yazır ki, İran Silahlı Qüvvələri arasında etirazların yatırılması indiyə qədər yalnız SEPAH və Bəsicə tapşırılıb. Əvvəlki etirazlarda da ordudan bu məqsədlə istifadə edilməyib. Bundan başqa Tehranın mühafizəsi, eləcə də ali dini liderin də mühafizəsi SEPAH-ın vəzifəsi sayılır.
İranda faktiki olaraq iki ordu var. Bunlar ölkənin rəsmi ordusu və SEPAH-dır. SEPAH ölkənin elit dəstəsi sayılır və ordudan fərqli olaraq çox geniş səlahiyyətlərə malikdir. Təşkilat həm ölkə içi, həm də ölkə xaricində əməliyyatlar keçirmək səlahiyyətlərə sahibdir.
İran ordusu Ayətullah Xameneiyə sadiq olduqlarını elan ediblər