10 March 2023

İranın heç vaxt INSTEX ilə bağlı heç bir öhdəliyi olmayıb

İranın Xarici siyasət sözçüsü vurğulayıb ki, İran İslam Respublikası heç vaxt INSTEX (Əmtəə Birjalarına Dəstək) ilə bağlı olmayıb və o, beynəlxalq ticarətini digər maliyyə və beynəlxalq bank kanalları vasitəsilə həyata keçirir. “INSTEX-in bağlanması ilə bağlı bəyanatda İranı alovlandırmaq, Avropanın ən azı Amerikadan maliyyə cəhətdən müstəqil ola bilməsi baxımından tamamilə uğursuzluğunu ört-basdır etmək üçün aldadıcı və saxta bir cəhddir.”

Avropa ölkələri İranla 2019-cu ildə qurulan ticarət mexanizmi olan INSTEX-i ləğv edib

ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı Almaniya, İngiltərə və Fransanın qurduğu ticarət mexanizmi olan INSTEX-in 10 Avropa ölkəsinin iştirakı ilə ləğv edilməsi qərara alınıb. Böyük Britaniya, Fransa və Almaniya İranla ticarəti davam etdirmək üçün 2019-cu ildə yaradılan özəl ödəniş şirkəti INSTEX ilə bağlı birgə bəyanat yayıb.

"Çox yorulsam işdən çıxacam" - Papa

Katolik Kilsəsinin lideri və Vatikanın dövlət başçısı Papa Fransisk "çox yorulacağı təqdirdə istefa verəcəyini" açıqlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir  ki, o, bu barədə İtaliya mətbuatına danışıb. 

Diz əməliyyatından sonra əlil arabasında gəzməkdən narahat olduğunu deyən Papa "Mən qocalmışam və fiziki müqavimətim azalıb" deyib.

2 nəfərin yaralanması ilə Bakıda silahlı insident baş verib

Bakıda silahlı insident baş verib. Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə 2 nəfərin odlu silahdan açılan atəşdən yaralanıb. Hadisə yerində araşdırmalar aparılır. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

Son məlumata görə hadisəədə şübhəli bilinən bir şəxs saxlanılıb.

Prezident İlham Əliyev İsrailin kəşfiyyat nazirilə əməkdaşlıq məsələlərini müzakirə edib

Operativtv.com Turana istinadən xəbər verir ki, martın 10-da dövlət başçısı İlham Əliyev İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Gamlieli qəbul edib.

Rəsmi məlumatda deyilir ki, görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Səudiyyədə Ramazanda uşaqların məscidə gətirilməsi qadağan edildi

Səudiyyə Ərəbistanı rəhbərliyi cari ildə müqəddəs Ramazan ayının keçirilməsini tənzimləyən yeni normalar və məhdudiyyətləri açıqlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, ölkə rəhbərliyinin dərc etdiyi sənəd 10 bənddən ibarətdir.

Bu cür qaydalar arasında dini ayinlər zamanı imamların və ziyarətçilərin şəkillərinin çəkilməsinin, həmçinin ibadətlərin istənilən sosial şəbəkə üzərindən yayımlanmasının qadağası da var.

Hacı Şahini əvəzləyən şəxsin kimliyi bilindi – Elbrus Kərimov kimdir?

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub. 

Yenisabah.az xəbər verir ki, bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşhədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar. 

Hacı Elbrus Kərimov kimdir? 

Netanyahu: “Dünya Tehrana əngəl olmasa, nüvə müharibəsi başlayacaq”

İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünyada nüvə müharibəsi başlayacaq. Bu, dünyanı dəyişəcək və hər kəs üçün böyük problem olacaq.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Dünya Tehranın nüvə silahı əldə etməsinə əngəl olmasa, dəhşətli nüvə müharibəsi başlayacaq. Bu, hamımız üçün problemə çevriləcək. Bu, dünyanı dəyişəcək”.

İngiltərəli hücumçu dünya çempionatından sonra ən çox qol vuran futbolçu olub

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford yeni uğura imza atıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna İspaniyanın "Betis" komandasına 4:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

Forvard Qətərdəki dünya çempionatından qayıtdıqdan sonra 22 matçda 18 qol vurub. Bu, son üç ayda Avropa futbolunda ən yaxşı göstəricidir.

Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən azad etdi

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmri imzalayıb. Xatırladaq ki, o, bundan əvvəl Nizami rayon 24-cü polis bölməsinin rəisi işləyib.

Hikmət Usubov özü məlumatı təsdiqləyib.

Təl-Əvivdə silahlı hücum

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə hökumətə qarşı kütləvi etirazlara şahidlik edən silahlı hücum həyata keçirilib.

İsrail rejim polisinin verdiyi yazılı açıqlamaya görə, Təl-Əvivin mərkəzindəki Dizengoff küçəsində baş verən silahlı hücumda 3 nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır, digər ikisinin isə orta və yüngül olduğu bildirilib.

Yəmənin Hudeydə limanı yeddi ildən sonra fəaliyyətə başlayıb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, 2016-cı ildən bəri ilk dəfə çoxlu sayda ticarət gəmisi Yəmənin Hudeydə limanına daxil olub.

BMT Yəmənin mühasirəsinə son qoymağa çağırdığı bir vaxtda yük daşıyan çoxlu sayda ticarət gəmisi Hudeydə limanına yanaşıb. Hudeydə limanının rəsmiləri təsdiqləyiblər ki, bu liman yeddi ildən artıq müddətdən sonra normal fəaliyyətini bərpa edib. Hudeydə limanının səlahiyyətliləri bu gəmilərin xammal, polad, taxta və avtomobil daşıdığını açıqladı.

Qətər: Qərb hökumətləri Qurana hörmətsizlik edənləri cəzalandırmalıdır

Qətərin BMT-nin Cenevrədəki İnsan Haqları Şurasındakı nümayəndəsi dinlərə və onların simvollarına qarşı hücumlara qarşı çəkindirici vasitə yaratmaq üçün Qərb ölkələrində Qurana hörmətsizlik edənlərin cəzalandırılmasını istəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qətər hökuməti bir daha bəzi Qərb ölkələrində Qurani-Kərimin yandırılmasını, müsəlmanların duyğularının təhrik olmasına səbəb olan nifrət dolu çıxış və davranışları pisləyib.

Keniya prezidenti azan səsinə hörmətlə çıxışını dayandırıb

Çıxışı zamanı Keniyanın xristian prezidenti azan səsini eşitdikdən sonra bir neçə dəqiqəlik sükut edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Keniya prezidenti Vilyam Ruto martın 6-da çıxışı zamanı azan səsini eşitdikdən sonra ona hörmət etmək üçün çıxışını yarımçıq kəsib.

Azan üç dəqiqə davam edib. Azan bitdikdən sonra prezident dinləyicilərin alqışları ilə “çox sağ olun” deyərək çıxışını davam etdirib.

İnanclılara qarşı həbs dalğası hələ də davam edir

Sosial mediada ötən gün yeni inaclıların saxlanılması ilə bağlı məlumat yayılıb. Artıq narkotik ittihamı ölkədə ümumi durumun zatən acınacaqlı olmasını ehtiva etdiyi halda inanclıları da bu sıraya salaraq həbs etmək planı həqiqətən də narahatedicidir. Hədəfdə inanclı, xüsusən şiəliyin yer aldığı ortam mövcud vəziyyəti daha da çətinləşdirir. 2023-cü ilin gəlişi inanclıların reperessiya sırasına onlarla “narkotik” ittihamlı inanclını şərləyərək həbsə çəkib.