Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən azad etdi

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmri imzalayıb. Xatırladaq ki, o, bundan əvvəl Nizami rayon 24-cü polis bölməsinin rəisi işləyib.

Hikmət Usubov özü məlumatı təsdiqləyib.

Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.