Qətər: Qərb hökumətləri Qurana hörmətsizlik edənləri cəzalandırmalıdır

Qətərin BMT-nin Cenevrədəki İnsan Haqları Şurasındakı nümayəndəsi dinlərə və onların simvollarına qarşı hücumlara qarşı çəkindirici vasitə yaratmaq üçün Qərb ölkələrində Qurana hörmətsizlik edənlərin cəzalandırılmasını istəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qətər hökuməti bir daha bəzi Qərb ölkələrində Qurani-Kərimin yandırılmasını, müsəlmanların duyğularının təhrik olmasına səbəb olan nifrət dolu çıxış və davranışları pisləyib.

Qətərin Cenevrədəki daimi nümayəndəsi Hind Əbdür-Rəhman Əl-Miftah İnsan Hüquqları üzrə Ali Komissarın Cenevrədə İnsan Haqları Şurasının 52-ci iclasında hesabatının icmal sessiyasında iştirak edərkən deyib: "Komissiyanın dinlərə və onların ardıcıllarına qarşı qəsdən təxribat xarakterli hərəkətlərin təhlükəsi ilə bağlı hesabatı ciddi qəbul edilməlidir".

O, İslama və onun simvollarına qarşı hücumlara görə məsul olan ölkələrin hökumətlərinə müraciət edərək deyib: "Bunun təkrarlanmaması üçün ciddi tədbirlər görməli, məsul şəxsləri cəzalandırmalıdırlar. Xüsusilə müsəlmanların hisslərini oyatmaq və müqəddəslərini təhqir etmək, onlara qarşı zorakılığa sövq etmək üçün qəsdən hərəkətlər edilir".