"Çox yorulsam işdən çıxacam" - Papa

Katolik Kilsəsinin lideri və Vatikanın dövlət başçısı Papa Fransisk "çox yorulacağı təqdirdə istefa verəcəyini" açıqlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir  ki, o, bu barədə İtaliya mətbuatına danışıb. 

Diz əməliyyatından sonra əlil arabasında gəzməkdən narahat olduğunu deyən Papa "Mən qocalmışam və fiziki müqavimətim azalıb" deyib.

Daha əvvəl istefa iddialarını təkzib edən Papa Fransisk bu postun ancaq fövqəladə şəraitdə qala biləcəyini deyib və istefa vermək niyyətində olmadığını açıqlayıb. Əvvəlki Papa Benedikt 2013-cü ildə uzun illərdən sonra ilk dəfə papalıqdan istefa vermişdi.