“BRICS Qərb sanksiyalarına məruz qalan ölkələr üçün sığınacaq olacaq”

 İranlı siyasi ekspert Roivaran bəyan edib ki, BRİKS Qərbin sanksiyalarına məruz qalan bütün ölkələr üçün sığınacaq olacaq. Misirli ekspert Əhməd də qeyd edib ki, BRİKS Qərbə qarşı çıxan yeganə qütbdür.

Tehran Universitetinin müəllimi, Yaxın Şərq və Ərəb ölkələri üzrə ekspert Hüseyn Roivaran Sputnik-ə açıqlamasında İranın BRİKS-ə qoşulma ehtimalını və təşkilatın inkişaf perspektivlərini dəyərləndirib:

“Şübhəsiz ki, Qərb blokunun qəddar sanksiyalarına məruz qalan İran BRİKS-ə qoşula, Qərbin təzyiqləri və Tehranı təcrid etmək səylərindən yan keçə və birlik içində özünü qoruya bilər. Bu, ən təsirli siyasi vasitələrdən biridir. Sanksiyalar ləğv ediləcək. Bu qrupun uğuru, üzv dövlətlər arasında ticarət sayəsində BRİKS-i Qərbin sanksiyalarına məruz qalan bütün ölkələr üçün sığınacaq halına gətirəcək”.

Təkcə İranın deyil, Rusiya və Çinin də bu və ya digər şəkildə sanksiyalar altında olduğunu xatırladan Roivaran qeyd edib ki, təşkilat daxilindəki ticari və iqtisadi əlaqələr bütün üzv ölkələr üçün vacibdir.

Misirli siyasi ekspert Məhəmməd Seyid Əhməd BRİKS-ə olan marağı belə təsvir edib: “Qlobal maliyyə və iqtisadi böhran BRİKS qrupuna marağın artmasına səbəb oldu, çünki o, Qərbə, o cümlədən iqtisadi baxımdan müqavimət göstərəcək qədər güclü yeganə qütbdür. Qrup Qərbin bütün maneələrinə baxmayaraq, böyük uğur qazanıb və bu, Qlobal Cənubun diqqətini cəlb edir”.

Əhməd, “BRİKS Yeni İnkişaf Bankı, Dünya Bankı və BVF-nin tam rəqibinə çevrildi. Bu bankla əməkdaşlıq etmək daha təhlükəsizdir, çünki o, ölkələri dollardan asılı qullara çevirən kreditlər vermir. Bunu nə qədər çox inkişaf etməkdə olan ölkələr dərk edərsə, BRİKS Bankının populyarlığı bir o qədər çox olar, bu aydındır”, - o əlavə edib.