Bloger Arzu Sayadoğlu saxlanılıb

Bloger Arzu Sayadoğlu saxlanılıb. Məlumatı hüquq müdafiəçisi Rüfət Səfərov yayıb. Hüquq müdafiəçisi onun hansı səbəbdən saxlanılmasını aydınlaşdırdığını qeyd etsə də, Arzu Sayadoğlunun Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsini bildirib.

Məlumata görə bloger Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Arzu Sayadoğlu “Xalqa Xidmət Hərəkatı”nın rəhbəri olmaqla yanaşı, eyni halda bloger kimi də fəaliyyət göstərirdi. ASTV (Arzu Sayadoğlu TV) adlı sosial platformadan canlı yayımlar edən bloger burada qonaqları ilə müxtəlif mövzuları müzakirəyə çıxarıb. Daha çox tənqidi yanaşmaları ilə diqqət çəkən A. Sayadoğlunun saxlanılması ehtimalı da bununla əlaqələndirilir.