Bəhruz Kərimovun apellyasiya məhkəməsi yekunlaşdı

Bu gün (2 aprel) Bakı Apellyasiya Məhkəməsində narkotik ittihamı ilə şərlənib həbs edilən Bəhruz Kərimovun apellyasiya şikayətinə baxılıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bəhruz Kərimovun şikayəti təmin edilməyib. Hakim, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Bəhruz Kərimov 2023-cü ilin 9 mart tarixində iş yerindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, narkotik satışında (234.4.3) ittiham olunub.
2024-cü ilin 20 fevral tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə narkotik ittihamı ilə şərlənib həbs edilən Bəhruz Adil oğlu Kərimova hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hakim B.Kərimovun ittihamına uyğun dəlil olmadığı üçün 234.4.3 maddəsini (külli miqdarda narkotik maddələrin, psixotrop vasitələrin alqı satqısı və istehsalı) 234.1-1-ə (istehlak miqdarından artıq) tövsif edib.