Azərbaycan və İsrailin müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Operativtv.com Turana istinadən xəbər verir ki, fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qallant mövcud ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edib.

Öz növbəsində, Həsənov Qallantı İsrailin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək, hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

"Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər", deyə məlumatda bildirilir.