Abbas Hüseyn Qobustana köçürülüb, ailəsi isə ondan xəbər gözləyir

Günlərdir cəza çəkdiyi 7 saylı müəsisədə işgəncə yaşadığını söyləyən Abbas Hüseynin etirazlarına baxmayaraq məhkəmə onun barəsində 1 il Qobustan qapalı, ciddi rejimli müəsisədə cəza çəkmə qərarı verdi. Bu gün Abbas, Kürdəxana Müvəqqəti Saxlama Təcridxanasından Qobustan Qapalı həbsxanasına köçürülüb. Çökürülmədən qabaq ailəsi ilə əlaqə saxlayan Abbas Hüseyn bir zamanlar Qobustanda işgəncələr yaşayaraq çarmıxa çəkldiyini xatırladaraq yenidən bu müəsisədə üzləşəcəyi problemləri dilə gətirib. O, ailə üzvlərinə bildirib ki, əgər köçürüldükdən sonra evlə əlaqə qura bilməsə onlar Abbasın təzyiq altında olmasını bilsinlər. Onun bu saata qədər əlaqə saxlaya bilməməsi haqlı olaraq ailəsinin narahatlığına səbəb olub.