24 saat ərzində daha 11 qəzzalı aclıqdan can verdi ki, bununla da aclıqdan ölənlərin sayı 212-yə yüksəldi

İsrailin Qəzza sektorunda səbəb olduğu aclıq daha da şiddətlənməyə dava edir.

Təkcə son 24 saat ərzində 11 günahsız fələstinli də aclıq və zəif qidalanma nəticəsində dünyasını dəyişib.

Bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə də, rəsmi aparıla bilən statistikaya əsasən, aclıqdan həyatını itirən dinc qəzzalıların sayı 212 nəfərə çatıb ki, onların da 98 nəfərini uşaqlar təşkil edib.

Qeyd edək ki, bu yalnız rəsmi şəkildə qeydə alına bilinən rəqəmlərdir. Qurbanların real sayının qat-qat artığı olduğu ehtimal edilir.

İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri Qəzzada qətlə yetirdiyi günahsız fələstinlilərin sayı isə 61 369 nəfərə, yaraladıqlarının sayı isə 152 850 nəfərə çatıb.