11 yaşı uşaq dindirilib

Giperssılka saytının yaydığı məlumata görə hadisə Saatlı rayonunda baş verib. Səhər saatlarında 11 yaşlı Mustafanın valideynlərinə yerli təhsil idarəsindən bildirilib ki, Mustafa yaxşı oxuyan şagird kimi Saatlı Təhsil Şöbəsində imtahan vasitəsilə keçirilən  müsabiqəyə dəvət olunub. Valideynləri uşağı təhsil şöbəsinə apardıqda isə orada imtahan əvəzinə bir neçə mülki geyimli məmurlarla qarşılaşıblar və onlar 11 yaşlı uşağı dindirməyə başlayaraq sorğu-suala tutublar.

Məmurlar 11 yaşlı Mustafaya "niyə mərsiyə deyirsən?  Bunları sənə kim öyrədib? Müəllimin kimdir?" kimi suallar ünvanlayıblar. Soğru-sual edənlər Mustafaya psixoloji təzyiqlər edərək bir daha mərsiyə oxumamasını bildiriblər.

Xatırladaq ki, hadisə dini əza məclislərdən birinin sosial mediada işıqlanmasından sonra geniş müzakirəyə səbəb olub. Videoda əza məclislərdən birində 11 yaşlı Mustafanın Əhli-beytin (ə) şəninə yazılmış növhə-mərsiyələrdən birini oxuması yer alır. Hüquq mühafizə orqalarını da narahat edən bu fakt olub. Bundan sonra fəaliyyətə keçən orqan azyaşlını müəyyənləşdirərək onu bu işə təşviq edənin kimliyini müəyyən etmək istəyiblər. Lakin uşaq növhəni özünün sevdiyini və əzbərlədiyini, öz istəyi ilə ifa etmək üçün irəli gəldiyini bildirib. Mustafanı bu kimi işlərdən çəkindirməyə çalışan şəxslər bunun əvəzində ondan muğam dərslərinə qatılmasını məsləhət biliblər.