Texasda üç müsəlman mərkəzinə hücum edilib!

ABŞ-ın Texas ştatının Ostin şəhərindəki Nüces məscidinin, İslam Əhli-Beyt Dərnəyinin (IABA) və Ostin Dini İşlər Mərkəzinin lövhələri və girişlərinin ətrafında Davud Ulduzu kimi simvollar çəkilib.

ABŞ-da müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Ostin şöbəsi məscidlərə və dini mərkəzlərə qarşı hücumların həyata keçirildiyini açıqlayıb.

CAIR bəyanatında üç dini mərkəzin "nifrət dolu hücumlar"da hədəf alındığını bildirib və səlahiyyətliləri çağırıb.

Hücumdan sonra CAIR hədəf alınan üç yerdə təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edib.

Açıqlamada üz örtüyü taxan bir şəxsin Nueces məscidinin əsas girişində və ətrafdakı hasarın üzərinə Davud Ulduzu simvolunu çəkdiyi, eyni vaxtda IABA və Ostin Dini İşlər Mərkəzinə aid reklam lövhələri və girişlərə də oxşar hücumların edildiyi bildirilib.

Keçən ay CAIR-in Arizona şöbəsinin Avondale şəhərindəki bir məscidə ölümlə təhdid edən şübhəlinin tutulmasını alqışladığını xatırladan açıqlamada, Ostindəki hücumların "son zamanlar ölkədə artan İslam əleyhinə hərəkətlərin davamı" olduğu vurğulanıb.

CAIR-Austin rəsmisi Shaimaa Zayan, üç mərkəzə edilən hücumların eyni gecədə baş verdiyini, bu hadisələrin mütəşəkkil və qəsdən törədildiyini göstərir. “Xüsusilə Nueces məscidi Texas Universitetinin (UT) Ostin tələbələri üçün həm mənəvi, həm də mədəniyyət mərkəzidir” deyib.