Zindandan məktub var

Şaban ayı mənəviyyat və fəzilət dolu ay olması ilə yanaşı, özündə bu ayı dahda fəzilətli edən bəzi əlamətdar günləri əks etdirir ki, o günlər müsəlmanlar üçün olduqca önəmlidir. Önəmidə budur ki, Şaban ayının həmin günləri İmam Hüseyn, Əbəlfəzl Abbas və İmam Səccadın (ə) bərəkətli mövlud günləri ilə təsadüf etməsidir. Bu əzəmətli İllahi şəxsiyyətlərin uca məqamlarına bu kifayətdir ki, onlar haqqı, ədaləti, paklığı və ümumilikdə bütün ali dəyərləri özündə kamil şəkildə ehtiva edən müqəddəs İslam dini üçün hər şeylərini bu uğurda fəda edərək, hifz edən və bütün dünyanın gələcək azadlıq sevər və mərd insanları üçün əbədiyaşar Kərbəla məktəbini miras buraxaraq, İslamın islamnümalar tərəfindən təhrif olunmasının həmişəlik qarşısını alıblar. Əslində onlar Kərbəla vaistəsi ilə İslamın həqqiqət və mahiyyətini qoruyan ümumbəşəri şəxsiyyətlərdir. Belə ilahi şəxsiyyətlərin ardıcılı olmaq düşünən hər bir insan üçün iftixar və izzət amili olmalıdır. Cavanlardan istəyimiz budur ki, özlərinə ideal və nümunə seçərkən diqqətli və doğru seçim etsinlər. Bu miqdarla kifayətlənir və bu mübarək mövludlar münasibətilə Əhli-beyt sevər xalqımızı xüsusilə, Hüseyn (ə) yolunun yolçularını təbrik edir, bu yolda onlara sabitqədəm olmağı diləyirəm.
 
14.02.2024
Kürdəxanı tədricxanası, Seyyid Mirtofiq Hüseynov.