Yəməndə Quranın yandırılmasını pisləyən kütləvi etiraz aksiyası keçirilib

 Avropada Qurani-Kərimin bir nüsxəsinin yandırılmasına şərait yaradılandan sonra Yəmənin bir sıra şəhərlərində İsveçi boykot etmək və səfirlərinin İslam ölkələrindən qovulmasını tələb edən aksiyalar keçirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ölkədə Quranın yandırılmasını pisləyən ən böyük etiraz dalğası Səda şəhərində keçirilib.

Səda yürüşündə, İsveçdə Qurani-Kərimin nüsxələrinin yandırılması cinayətini pisləyən bəyanat verilib bu addımın İslam və müsəlmanlara qarşı müharibənin tərkib hissəsi olduğu deyilib.

Bəyanat, "Qərb liderləri və beynəlxalq ictimaiyyəti sionizmindən azad olmağa, peyğəmbərləri və onun kitablarını təhqir etməkdən çəkinməyə və onun təlimləri ilə mübarizəni dayandırmağa" çağırıb.

Bu bəyanat "İsveç hökumətindən müsəlmanlardan rəsmi olaraq üzr istəməyi və cinayətkarları məsuliyyətə cəlb etməyi tələb edib.