Yəmən sahillərində İsraillə əlaqəli daha bir yük gəmisi ələ keçirilib

Zodiac Maritima tərəfindən idarə olunan və göyərtəsində 22 ekipaj üzvü olan Central Park adlı yük gəmisi Qırmızı dənizdə Ədən körfəzində ələ keçirilib. Gəminin israilli iş adamına məxsus olduğu bildirilib.

Zodiac Maritima tərəfindən edilən şərhdə; "Bizim prioritetimiz gəmidəki 22 ekipaj üzvümüzün təhlükəsizliyidir"-deyə açıqlamada gəminin kapitanının türk olduğu, heyətin isə Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan vətəndaşlarından ibarət olduğu bildirilib. O, Filippinə aid olduğu və gəmidə fosfor turşusu yükünün olduğu bildirilən açıqlamada gəminin Clumvez Shipping Inc.-ə aid olduğu ifadə edib.

Zodiac Maritima, israilli milyarder Eyal Oferə məxsus Zodiac Group-un bir hissəsi kimi tanınır.

Hələlik heç bir qrup təyyarənin qaçırılmasına görə məsuliyyəti üzərinə götürməsə də, Yəməndəki Ənsarullah qüvvələri 25 ekipaj üzvü olan “Galaxy Leader” yük gəmisini 19 noyabrda İsraillə əlaqəsi olduğu səbəbilə Qırmızı dənizdə ələ keçirdiyini söyləmişdi. Bu ehtimalla da Zodac Maritima tərəfindən idarə edilən yük gəmisinin də Ənsarullah tərəfindən ələ keçirildiyi ehtimal olunur.

İsrailli iş adamı Abraham Unqara məxsus Britaniya şirkətinə qeydiyyatdan keçmiş, Bahamiya bayraqlı “Galaxy Leader” gəmisi qaçırılan zaman yapon şirkəti tərəfindən idarə edilib.