Yəhudi mühacirlər yenidən Əl-Əqsa məscidinə hücum ediblər

Sionist miqrantlar hərbçilərin dəstəyi ilə Əl-Əqsa məscidinə hücum ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qüds şəhərinin islamın və Fələstinin əsas simvolu olan Əl-Əqsa məscidi həmişə sionist rejimin mənfur niyyətinin hədəfinə tuş gəlib. Sionist miqrantlar Məscidül-Əqsaya hücumdan sonra təxribat xarakterli hərəkətlərə başlayıblar.

Qəsbkar rejim dünən İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib və bir neçə fələstinlini həbs edib.

Onlar iki fələstinli qardaşı həbs edərək onların evlərində axtarış aparıblar. Sionist rejimin patrul dəstələri texnikalarla bir fələstinlinin evini dağıtmaq üçün Ramallahın qərbində yerləşən “Diramar” kəndinə də basqın ediblər.

Çoxlu sayda İsrail işğalçı qüvvələri işğal altındakı Negev səhrasındakı Əl-Əraqib kəndinə də hücum edərək fələstinlilərin çadır və evlərini dağıdıblar.