Bu barədə Fransız “AFP” agentliyinə danışan Dəməşqdəki diplomatik mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, görüş Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəranın Azərbaycana səfəri zamanı keçirilib. Ancaq Şəraa görüşdə iştirak etməyib.
Görüşün əsas mövzusunun İsrailin Suriyadakı hərbi mövcudluğu olduğu bildirilir.
İsrailin dövlət yayımçısı "Kan" görüşün keçirildiyini təsdiqləyib və əlavə edib ki, İsrailin xarici işlər naziri Gideon Saar və Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani yaxın günlərdə Brüsseldə keçiriləcək Aİ konfransında iştirak edəcəklər.
1967-ci il Altıgünlük Müharibə zamanı İsrail Suriyaya məxsus Qolan təpələrini işğal edib. Qolan təpələri strateji baxımdan mühüm ərazi hesab olunur və hazırda faktiki olaraq İsrailin nəzarətindədir. Beynəlxalq hüquqa görə, Qolan təpələri Suriya ərazisi hesab olunur, lakin 1981-ci ildə İsrail bu bölgəni birtərəfli qaydada ilhaq etdiyini elan edib. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT tərəfindən tanınmayıb.
2024-cü il dekabrın 8-də İsrail Bəşər Əsəd rejiminin süqutundan sonra yaranan siyasi boşluqdan istifadə edərək, işğal etdiyi Qolan təpələrinin cənub-şərqində yerləşən bufer zonaya daxil olub və Suriya Ordusunun hərbi imkanlarını hədəf alan genişmiqyaslı hava və dəniz hücumlarına başlayıb.
Hərbi əməliyyat nəticəsində İsrail Qolan təpələrində əlavə ərazi nəzarətinə götürdüyünü bəyan edib və 1974-cü ildə Suriya ilə imzalanmış hərbi qarşıdurmanı dayandırmaq haqqında razılaşmanı ləğv etdiyini açıqlayıb. Əvvəlcə bu əməliyyatın müvəqqəti xarakter daşıyacağı bildirilsə də, daha sonra İsrail həmin ərazilərdə “müddətsiz qalacağını” elan edib.
Suriya yeni prezident Əhməd əş-Şəraa İsrailin hücumlarını pisləyib, lakin ölkənin hazırkı durumda yeni müharibəyə cəlb olunmasının mümkün olmadığını bildirib. İsrailin bu addımları başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra ölkələr tərəfindən beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
Suriya və İsrail rəsmiləri arasında Bakıda birbaşa görüş baş tutub