Sudani: Biz İraqın qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcəyik

İraqın baş naziri Məhəmməd Şiyə Sudani, Bağdadda Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​ilə görüşündə Suriyada təhlükəsizliyin gücləndirilməsinin lazım olduğunu, bunun İraq və Türkiyənin milli təhlükəsizliyi ilə əlaqəli olduğunu bildirib.

Türkiyənin Şimali İraqa təkrar hücumlarına toxunan Sudani, İraqın suverenliyinə xələl gətirmək məqsədi daşıyan hər hansı hərəkəti rədd etdiklərini bir daha vurğulayıb.

İraqın baş naziri həmçinin öz torpaqlarından qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsinin qarşısının alınması kimi konstitusiya prinsiplərinə sadiq olduqlarını bəyan edib və sabitliyin təmin edilməsi üçün iki ölkə arasında koordinasiyanın zəruri olduğunu vurğulayıb.