SOCAR-ın işçiləri həlak olub

İki neftçinin təmir işləri zamanı həlak olduğu bildirilir
Bu gün səhər saatlarında iki neftçi beton plitələrin uçması nəticəsində dənizə düşərək ölüb.
Faciə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində planlı təmir işləri aparılan zaman baş verib.
“Azneft” İstehsalat Birliyinin məlumatına görə, çökmə nəticəsində quraşdırıcı Ağaməmmədov Şirvan Ataş oğlu (1960-cı il təvəllüdlü) və qaynaqçı Nərimanov Şamo Mətləb oğlu (1984-cü il təvəllüdlü) dənizə düşüb.
Axtarış-xilasetmə tədbirləri nəticəsində ölənlərin cəsədləri çıxarılıb.
 
Turan Agentliyi