Seneqalda etirazlar zamanı 9 nəfər ölüb

Seneqal müxalifət lideri Usman Sonkonun mühakimə olunmasından sonra ölkədə başlayan etirazlarda ən azı 9 nəfər ölüb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Senego” internet portalı ölkənin daxili işlər naziri Antuan Dioma istinadən məlumat yayıb.

Daxili işlər naziri də sosial şəbəkələrə girişin məhdudlaşdırıldığını açıqlayıb.

Cümə axşamı Dakar Cinayət Məhkəməsi “Seneqalın Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq uğrunda” müxalif partiyasının lideri Usman Sonkonu "azyaşlılara təcavüz"də təqsirli bilib. Hökm elan edildikdən sonra Dakar və ətraf rayonlarda iğtişaşlar başlayıb, iştirakçılar avtomobillərin təkərlərini yandırıb və polislə toqquşublar.