Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ üzvlərini ixtisarda iştirak etməyə çağırır

Birgə bəyanatın rus dilindəki variantında “iştirak et” sözü işlədildiyi halda, Kremlin nəşr etdiyi ingilis dilindəki tərcümədə OPEC+ sazişinə “adhere” sözündən istifadə edilib.

Dünyanın iki ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı və Rusiya OPEC+ iclasından bir neçə gün sonra bütün üzv ölkələri qlobal iqtisadiyyatın xeyrinə hasilatın azaldılması sazişinə qoşulmağa çağırıb.

Danışıqların nəticəsi ilə bağlı birgə bəyanat Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşmək üçün Ər-Riyada getməsindən saatlar sonra dərc edilib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Rusiya və digər müttəfiq ölkələr ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi gündəlik 1,3 milyon barrel azalmaya əlavə olaraq gündəlik 2,2 milyon barel könüllü ixtisarla bağlı razılığa gəliblər.

“Tərəflər enerji sahəsində aralarındakı sıx əməkdaşlığı və OPEC+ ölkələrinin qlobal neft bazarlarının sabitliyini artırmaq üçün uğurlu səylərini yüksək qiymətləndiriblər”, - Kremlin bəyanatında deyilir.

“Bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi və bütün iştirakçı ölkələrin istehsalçı və istehlakçıların maraqlarına xidmət edən və qlobal iqtisadiyyatın artımını dəstəkləyəcək şəkildə OPEC+ sazişinə qoşulmasının vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.

Bəyanatın rus dilindəki variantında “iştirak et” sözü işlədildiyi halda, Kremlin nəşr etdiyi ingiliscə tərcümədə “OPEC+” sazişinə “adhere” sözü işlədilib. Səudiyyənin dövlət xəbər agentliyi SPA bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman və Putin görüşlərində OPEC+ üzvlərinin qrup razılaşmasına əməl etməli olduqlarını vurğulayıblar. Sənaye mənbələri bildiriblər ki, Kreml və Krallığın ixtisarları “bərkitmək” üçün bu cür açıq bəyanatı konkret neft güclərini hədəfə almağa işarə kimi görünür.

Putinin dörd rus döyüş təyyarəsinin müşayiəti ilə Ər-Riyad və Əbu-Dabiyə səfəri hələ də sirr olaraq qalır. Putinin bu nadir xarici səfərini etmək üçün hansı məsələnin bu qədər vacib olduğu hələ aydın deyil. Kreml bildirib ki, Putin və bin Salman həmçinin Qəzza, Ukrayna və Yəməndəki münaqişələri, İranın nüvə proqramı və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

 

OPEC+

Üzvləri dünya neftinin 40 faizindən çoxunu istehsal edən OPEC+ Afrika istehsalçıları ilə hasilatla bağlı fikir ayrılıqlarına görə iclasını təxirə salmaq məcburiyyətində qalıb, lakin bəzi neft treyderləri qrup daxilində daha dərin parçalanmadan şübhələndiklərini bildiriblər.

Neft qiymətləri hasilatçıların ixtisar qərarından sonra son beş ayın ən aşağı səviyyəsinə düşüb; Bu, bazarın OPEC+-dan daha aydın addımlar gözlədiyinin bariz əlamətidir.