Qəzzada şəhidlərin sayı 70 min 925 nəfərə çatıb

Qəzzada Fələstin Səhiyyə Nazirliyi açıqlayıb ki, son 48 saat ərzində 13 şəhidin cəsədi xəstəxanalara gətirilib. Onlardan 6 nəfər yeni şəhid olanlar, 7 nəfər isə dağıntılar altından çıxarılanlardır.

Bildirilib ki, son 48 saatda Qəzza zolağında 20 fələstinli də yaralanıb.

Məlumata görə, Qəzzada 11 oktyabr 2025-ci il tarixində atəşkəs elan edildikdən indiyədək 401 fələstinli şəhid olub, 1108 nəfər yaralanıb. Eyni zamanda daha 641 şəhidin cəsədi dağıntılar altından aşkar edilib.