Avroparlamentari: İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi lazımdır

“Biz rus casusu ilə tərəfdaş ola bilmərik, bizə sürətli hərəkət lazımdır, İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi lazımdır, əks halda daha çox aqressiya görəcəyik”.

Bu fikirləri Avropa Parlamentinin deputatı Malqojata Qoşevska söyləyib.

“Mən hələ də gözyaşardıcı qazın qoxusunu xatırlayan bir polşalı və Gürcüstanın dostu kimi danışıram. Tanklarla deyil, fırıldaqçılıqla oğurlanan bir Gürcüstanın dostu kimi.

Gürcüstandakı böhran siyasi deyil, kriminal xarakterlidir. Rejim əllərində Avropa İttifaqı bayraqları tutan tələbələrə qarşı kimyəvi maddələrdən istifadə edir. Biz dəfələrlə Saakaşvilinin azadlığa buraxılmasına çağırdıq, lakin rejim bütün Avropa qətnamələrinə məhəl qoymur. Niyə? Çünki Saakaşvili Putinin şəxsi düşmənidir və onun hələ də həbsdə olması Kremlə sadiqlik göstəricisidir.

ABŞ hərəkətə keçdi, onlar İvanişviliyə qarşı sanksiyalar tətbiq etdilər və onu öz adı ilə çağırdılar. Gürcüstanın suverenliyini məhv etmək üçün Gürcüstanda hökmranlıq edən rus... Biz rus casusu ilə tərəfdaş ola bilmərik. Bizə sürətli hərəkət lazımdır, İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi lazımdır, əks halda daha çox aqressiya görəcəyik”, - deyə avroparlamentari söyləyib.