Ayətullah Cəfər Sübhani təcridxanada aclıq aksiyası edən inanclı xanımlar barəsində bəyanat yayıb

İslam dünyasının böyük alimlərindən olan Ayətullah Cəfər Sübhani Ərbəin-İmam Hüseynin (ə) 40-ı günündə ehsan payladıqları üçün həbs edilən xanımların başlatdıqları aclıq aksiyası ilə bağl bəyanat yayıb.

Bəyanatda deyilir:

مَن قَتَلَ نَفۡسَاۢ بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٍ فِی ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًا وَ مَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعًا

‌“Kim -birini öldürməyən və ya yer üzündə fəsad çıxarmayan- bir insanı öldürərsə, bütün ‌insanları öldürmüş sayılır. ‌Kim də bir insanı dirildərsə (ölümdən qurtarırsa), bütün insanları ‌‌diriltmiş sayılır.” ‌Maidə Surəsi: Ayə: 32 ‌

Buna görə aşağıdakı bildirişi hərkəsin əlindən gəldiyi qədər yayınlaması bütün möminlərə vacibdir. ‌Siyasi və təşkilati maraqlar dini vəzifəmizi yerinə yetirməkdən bizi ayırmamalıdır. ‌

Ayətullah Üzma Şeyx Cəfər Sübhaninin Bildirişi:

Məlumatım var ki, Azərbaycan Respublikasının dindar və hörmətli xanımlarından bir neçəsi İmam Hüseyn (ə) üçün məclis qurduğu və Fələstin xalqını dəstəkləmək məqsədilə məclis keçirdiyi və bu münasibətlə şirniyyat hazırlayıb paylamağa görə həbs ediliblər və hazırda həbsdədirlər.

İndi bəziləri aclıq aksiyasına başlayıblar və eşidilənlərə görə bəzilərinin vəziyyəti pisləşməkdədir.

Burada bu hörmətli xanımlara bir mesajım var: Onlardan xahiş edirəm ki, bu aclıq aksiyasını dərhal dayandırsınlar.

Xatırladıram ki, siz xanımların insani və islami hərəkətiniz vicdanınızın oyanmasından xəbər verir. Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurub: “Möminlər bir-birinə sevgi, mərhəmət və şəfqətdə tək bir bədən kimidirlər; bədənin bir üzvü ağrıyan zaman digər üzvlər də hərarət və yuxusuzluqla ona şərik olarlar.”

Siz ki, doğru yol və işi seçmisiniz, heç vaxt aclıq aksiyasına əl atıb onun nəticələrini çəkməklə dostları narahat və düşmənləri şad etməməlisiniz.

Azərbaycan Respublikasının hörmətli məsullarından xahiş olunur ki, bu hörmətli xanımlara qarşı vicdani və əxlaqi vəzifələrini yerinə yetirsinlər və onları tezliklə azad etsinlər.

Aydın deyimə ehtiyac yoxdur ki, çoxsaylı müsəlmanların əziyyət çəkməsinə qarşı dərd hissi dini motivdəndir, siyasi deyil.

Onların hərəkəti Allahın əmrindəndir: «إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ» (Möminlər qardaşdırlar).

 

Qum, Cəfər Sübhani

26 Azər 1404.

17 Dekabr 2025