ABŞ və Ukrayna arasında sülh planı üzrə danışıqlar bitdi

ABŞ və Ukrayna arasında ABŞ-nin sülh planı üzrə danışıqlar başa çatıb.
AzadlıqRadiosunun Ukrayna xidməti yazır ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib. O, prezident Volodimir Zelenskiyə görüşün nəticəsi barədə məlumat verdiyini deyib.
ABŞ-nin NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Mett Uitaker görüşdən sonra bildirib ki, proses yükun mərhələyə daxil olub. Onun sözlərinə görə, sülh razılaşmasının əldə olunma şansları mövcuddur.
Dövlət katibi Mark Rubio isə Rusiya və Ukrayna arasında kompromisin bu həftə və ya yanvarda əldə oluna biləcəyini açıqlayıb. Rubioya görə, münaqişənin nizamanlanması üzrə iş bütün sutka boyunca aparılır.
Ukrayna ilə danışıqların bitməsi fonunda Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Mayamiyə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və müşaviri Cared Kuşnerlər görüş üçün uçub. “Reuters” Ukraynanın bu görüşlərə qatılmayacağını yazıb. Dmitriyevin Mayamidə iki gün qalacağı vurğulanıb.