"İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi İdarə Heyətinin sədri, "QHT işi" üzrə cinayət məsuliyyətinə cəlb olunmuş Qalib Bayramov (Toğrul) özünü təqsirli bilmir. Deyir ki, özü qrant almayıb, sadəcə, bir neçə təşkilatın tenderlərinə qatılıb və onunla bağlanmış xidmət müqaviləsi əsasında layihələrdə ekspert kimi çalışıb.
"Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü. Lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu ona görə demirəm ki, başqaları da cinayət məsuliyyətinə cəlb olunsun. Demək istədiyim budur ki, gördüyümüz iş cinayət deyil", – iqtisadçı Q.Bayramovun dekabrın 17-də öz məhkəməsindəki ifadəsində dilə gətirdiyi sözlərdir.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Heç bir partiyanın üzvü olmadığını, siyasi proseslərə qatılmadığını deyən Q.Bayramov bildirib ki, layihələr çərçivəsində gördüyü işlərdən biri də dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı tədbirlərin təşkili olub. Onun sözlərinə görə, həmin tədbirlərdə dövlət strukturlarının təmsilçiləri, məsələn, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da iştirak edib. Bunu təsdiqləyən videolar internet resurslarında var.
Azərbaycanın "açıq hökumət" təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu xatırladan Q.Bayramov vurğulayıb ki, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin proqramlarına birbaşa qatılmayıb, ancaq könüllü fəaliyyəti olub. O bildirib ki, bütün layihə və fəaliyyətləriylə bağlı yetərincə sənədlər, müqavilələr var.
"Qrant haqqında yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm", – Q.Bayramov söylədiklərinə əlavə edib.
Onun məhkəməsi yanvarın 21-də davam edəcək.
Q.Bayramov haqqında istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
O, iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda suçlanıb. İstintaqın gedişində ona dini ekstremist materialları hazırlama, saxlama, yayma maddəsiylə ittiham verilsə də, özü ittihamları qəbul etməyib. Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Xatırlatma
Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarının əksəriyyətinin məhkəməsi gedir. "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarova, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, sosial işçi Zamin Zəkinin də işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İctimai fəal Asəf Əhmədov və Əhməd Məmmədzadənin mühakiməsi isə Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir.
Digər təqsirləndirilən şəxslərdən Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpayın (Məmmədzadənin), ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin, "Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti"nin sədri Şəhla İsmayılın işi üzrə istintaq hələ yekunlaşmayıb.
Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında isə həbsli axtarış qərarı verilib.
"QHT işi" üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
QHT təmsilçiləri bu ittihamları qəbul etmirlər.
Qubad İbadoğlunun qardaşı: 'Bu, cinayət deyil, mənim gördüyüm işi başqaları da görürdü'