Qüds və Məscidül-Əqsada baş verənlər odla oynamaqdır - HƏMAS

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin davam edən hücumlarına reaksiya verərək, bu hücumların davam etdirilməsinin odla oynamaq olduğunu vurğulayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının Həmas sözçüsü Hazim Qasim sionistlərin Qüds və Məscidül-Əqsaya hücumlarına münasibət bildirib:

"Qüds və Məscidül-Əqsada baş verənlər odla oynamaq kimidir. Fələstinlilər Əl-Əqsa məscidində misli görünməmiş hücumlarla üzləşirlər.

Babul Amud bölgəsinə edilən son hücumlar təhlükəli bir hərəkətdir və işğalçıların hücumlarının uğursuz olması üçün fələstinlilərin Əl-Əqsaya doğru hərəkəti davam etməlidir.

Sionist rejimin yeni kabineti Qüds və Məscidül-Əqsaya hücumlarını artırıb, işğalçıların hücumlarına qarşı ərəb və beynəlxalq hərəkatlar önəmlidir.

İşğalçı rejimin Qüds və Məscidül-Əqsadakı davranışı göstərir ki, bu rejimin bölgə və dünya ölkələrinin bu rejimin irqçi siyasətlərinə münasibəti heç də vecinə deyil.

Məscidül-Əqsaya qarşı müharibənin davam etməsi işğalçı rejimin zülmü və bu rejimin beynəlxalq hüquqa məhəl qoymaması deməkdir”.

Xatırladaq ki, işğalçı İsrail rejiminin əsgərləri cümə axşamı gecəsi sionist mühacirlər Talmud ayinini yerinə yetirmək üçün Əl-Əqsa məscidi yaxınlığındakı Babul-Əmud bölgəsində toplaşaraq fələstinliləri döyüblər.