Pakistanın xarici işlər naziri Şah Mehmud Kureşi fevralın 14-də Cammu və Kəşmir ştatında baş vermiş terror hücumundan sonra rəsmi İslamabad və Yeni Dehli arasında yaranmış gərginliyin azaldılmasına yardım göstərməsi üçün BMT-nin Baş katibi Antoniu Quterrişə məktub göndərib.
Bu barədə TASS xəbər verir.
Qırx beş nəfərin ölümünə səbəb olan terror hücumundan sonra Hindistan və Pakistan arasında diplomatik böhran başlayıb. Yeni Dehli və İslamabad məsləhətləşmələr üçün səfirlərini geri çağırıb. Hindistan hökuməti Pakistanı hücumu həyata keçirən qruplaşmanı dəstəkləməkdə ittiham edib və İslamabadın tam beynəlxalq təcrid olunmasını təmin etmək məqsədi ilə bütün mümkün diplomatik tədbirləri görəcəyinə söz verib.
Pakistan XİN başçısı Hindistanı açıq və inandırıcı araşdırma aparmağa çağırıb.
Pakistan münaqişənin həlli üçün BMT-dən yardım istəyib
Oxşar xəbərlər