Pakistanda seçki terroru: 22 ölü, azı 20 yaralı

Pakistanda keçirilən parlament və əyalət seçkiləri qana boyanıb.
 
Qaynarinfo xəbər verir ki, Bəlucistan əyalətində yerləşən Quetta şəhərində seçki məntəqəsinin yaxınlığında yerləşən avtomobil partladılıb. Nəticədə 22 nəfər ölüb, 20-dən çox insan yaralanıb. 
 
Təhlükəsizlik qüvvələri əraziyə cəlb edilib. 
 
Qeyd edək ki, seçki kampaniyaları ərzində törədilən teraktlarda 180 nəfər öldürülüb, 200 nəfər yaralanıb.