Nəvaz Şərif özünü Pakistanda keçirilən parlament seçkilərinin qalibi elan edib

Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının lideri Nəvaz Şərif özünü parlament seçkilərinin qalibi elan edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Lahordakı iqamətgahı qarşısında tərəfdarlarına müraciət edən siyasətçi həmçinin yeni koalisiya hökuməti qurmağa hazır olduğunu bildirib.

N.Şərifin sözlərinə görə, onun partiyası seçkilərdə ən böyük siyasi partiya olub.