Növbəti həbs hərəkat üzvülərinin sayını 73-ə yüksəltdi

Dünyada İslam cəbhəsi əks qüvvələrlə mücadiləsini davam etdirdiyi bir dönəmdə təəssüf ki, ölkəmizdə vəziyyət dəyişməz olaraq qalır. Artıq aylardır ki, şiə əqidə daşıyıcılarına qarşı həbs dalğası inanclıların sayını minlərin üzərinə qaldırıb.
 
Dünənə qədər İranla bağlı saxta ittihamlar arxasında gizlədilən bu həbslər artıq birmənalı olaraq ölkədə şiə əqidəsinin məhdudlaşdırılması planının icrasını tam aydınlığı ilə ortaya qoyur.
 
Sosial medialarda sələfilərin küçələri bağlayan cümə namazlarındakı sıralarına yaradılan geniş şəraitdən fərqli olaraq şiə inanclısına öz evində, ailəsi ilə bərabər namaz qılmasına yol verilmir. Səbəb isə, onun məhz şiə məhsubiyyəti daşımasıdır. Hədəfə alınan şiəlik hər ötən gün heç bir səbəb göstərilmədən təqib və təhdid altında həbslərə məhkum edilir.
 
İranın cəsus şousunun bitdiyi ortamda narkotik ittihamı bu məslədə artıq heç kəsdə zərrə qədər olsun şübhə yeri qoymayib ki, bu şiəlik əleyhinə start verilmiş bir layihədir.
 
Aprelin 11 də təmizləmə sırasına hərəkatın növbəti üzvü əlavə olunub. 2003-cü il təvəllüdlü Əsgərov Rüstəm Əsgər oğlu Xırdalanda satıcı işlədiyi ticarət sahəsində mülki geyimli polis işçiləri tərəfindən saxlanılıb. İdarədə barəsində saxta narkotik ittiihamı ilə cinayət işi açılan MBH üzvü 2 gün sonra məhkəmə önünə çıxarılıb. Barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə cinayət işi başlanan Rüstəm Əsgərov hal-hazırda 1 saylı İstintaq Təcridxanasındadır.