Türkiyədə Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərə qarşı tətbiq olunduğu bildirilən məhdudiyyətlərə etiraz olaraq aksiya keçirilib.
Türkiyə mediasının məlumatına görə, oktyabrın 19-da Ankarada Ankara İnanc Özgürlüğü Platformasının üzvləri və bir sıra İslami qeyri-hökumət təşkilatlarının nümayəndələri etiraz aksiyası təşkil ediblər.
Aksiya iştirakçıları hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasına etiraz edərək dini etiqad azadlığının qorunmasını və müvafiq məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.
Aksiya zamanı çıxış edən Asma Köprü Beynəlxalq Tələbə Dərnəyinin sədri Hanefi Sinan təhlükəsizlik səbəbindən Azərbaycan səfirliyindən təxminən bir kilometr uzaqlıqda aksiya keçirməyə məcbur olduqlarını bildirib.
İştirakçılar Azərbaycan hakimiyyətini məktəblərdə hicablı şagirdlərin təhsil hüququnu təmin etməyə çağırıblar.
Qeyd edək ki, Azərbaycanda məktəblərdə geyim qaydaları və hicablı şagirdlərin təhsil müəssisələrinə buraxılması ilə bağlı yaranan mübahisələr Türkiyədə də etirazlara səbəb olub. Son günlər Ankarada və İstanbulda bu məsələ ilə bağlı müxtəlif aksiyalar və bəyanatlar yayımlanıb.
Türkiyədə Azərbaycandakı hicab məhdudiyyətlərinə qarşı aksiya keçirilib

Oxşar xəbərlər