Azərbaycan 7 Türkiyə vətəndaşı üçün həbs qərarı çıxarıb

Türkiyədə Azərbaycan məktəblərində hicab qadağasına qarşı çıxışlar edən fəallar, yazıçılar və jurnalistlər barəsində Azərbaycan Prokurorluğu həbs qərarı verib. Bu barədə Türkiyə mətbubatı xəbər verir. Qardaş ölkə Bakı administrasiyasını hüquqları, ədaləti və inanc azadlığını müdafiə edən 7 nəfəri qiyabi həbs və beynəlxalq axtarışa verdiyini yazıb.

“Bakıdakı rejim inanc azadlığını və fundamental insan hüquqlarını tapdalamağa davam edir. Məktəblərdə tətbiq edilən dolayı hicab qadağası ilə müsəlman əhalisinin dəyərlərinə müharibə elan edən Əliyev rejimi bu zülmə qarşı çıxanları və məzlumların yanında olanları hədəfə alıb.

Azərbaycan Baş Prokurorluğu Türkiyədə yaşayan yeddi şəxs, o cümlədən Haksöz Haber yazıçısı Rıdvan Kaya, Köklü Değişim yazıçısı Zəkəriyyə Ceran və jurnalist-yazıçı Fatih Tezcan haqqında qiyabi həbs qərarı və beynəlxalq axtarış qərarı verildiyini açıqlayıb. Bakı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə siyahıya əlavə edilən adlar bunlardır: Rıdvan Kaya, Zəkəriyyə Ceran, Fatih Tezcan, Əhməd Şanlı, Fahrettin Taşkaya Saral, Əbdürrəhman Tümər və Alparslan Tanrıkulu.”