Avropa Şurasının “SPACE II” hesabatına əsasən, Avropa ölkələrində probasiya və digər həbsə alternativ cəza mexanizmlərindən istifadə getdikcə genişlənir.
Sənədə görə, hazırda qitə üzrə təxminən 1,4 milyon nəfər probasiya, şərti azadlıq və digər alternativ nəzarət tədbirləri çərçivəsində qeydiyyatdadır. Müqayisə üçün, Avropa həbsxanalarında saxlanılan məhbusların ümumi sayı təxminən 1,1 milyon nəfərdir.
Hesabat müəllifləri bildirirlər ki, ölkələrin cəza siyasəti fərqli yanaşmalara əsaslanır. Bir sıra dövlətlərdə məhkəmələr azadlıqdan məhrumetmə cəzası əvəzinə alternativ tədbirlərə üstünlük verir, digərlərində isə həbs cəzası əsas sanksiya olaraq qalır.
Hesabata əsasən, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə ölkə Avropada yalnız Türkiyədən geri qalır. Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 458 nəfər təşkil edir.
Avropa üzrə median göstərici isə hər 100 min nəfərə 110 məhbusdur. Bu da Azərbaycandakı göstəricinin Avropa medianından təxminən 2,5 dəfə yüksək olduğunu göstərir.
Hesabatda Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın məhbus sayının yüksək olduğu ölkələr sırasında yer aldığı qeyd edilir.
“SPACE II” hesabatı həbsə alternativ nəzarət mexanizmlərinin tətbiqində də ölkələr arasında ciddi fərqlərin olduğunu göstərir.
Belə ki, hər 100 min nəfərə düşən probasiya və şərti azadlıqda olan şəxslərin sayı Monteneqroda 16, Azərbaycanda 136, Polşada isə 652 nəfərdir. Bu göstərici ilə Polşa Avropada ən yüksək nəticələrdən birini nümayiş etdirir.
Hesabatda penitensiar müəssisələrin doluluq səviyyəsi də qiymətləndirilib.
Məlumata görə, Azərbaycanda hər 100 həbsxana yerinə 98 məhbus düşür. Müəlliflər bu göstəricinin penitensiar sistemin yüklənmə səviyyəsini qiymətləndirmək üçün əsas meyarlardan biri olduğunu bildirirlər.
Azərbaycan hökuməti son illərdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra addımlar atıb.
2017-ci ildə Prezident İlham Əliyev cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrumetmə cəzasının tətbiq dairəsinin məhdudlaşdırılması, həbsə alternativ mexanizmlərin genişləndirilməsi və penitensiar sistemdə islahatların aparılması ilə bağlı sərəncam imzalayıb.
Bununla belə, Avropa Şurasının “SPACE II” hesabatı göstərir ki, Azərbaycan hələ də Avropada məhbus sayının yüksək olduğu ölkələr sırasında qalmaqdadır.
Hesabat: Azərbaycan Avropada məhbus sayı ən yüksək ölkələrdən biridir