Pakistanda polis postuna silahlı hücum nəticəsində azı 9 polis ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlıların polis postuna hücumu nəticəsində azı 9 polis əməkdaşı ölüb.

Bu barədə "SAMAATV" yerli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Ziarat rayonunda həyata keçirilib.

Ziarat Rayon Polis İdarəsinin rəisi Əbdül Quddusun sözlərinə görə, həlak olanlar arasında iki polis bölməsinin rəisləri də var.

Polisin məlumatına əsasən, silahlılarla təhlükəsizlik qüvvələri arasında atışma bazar ertəsi gecəsindən başlayaraq bir neçə saat davam edib.

Hücumdan sonra əraziyə əlavə polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda hücum edənlərin müəyyən edilərək saxlanılması məqsədilə axtarış əməliyyatı aparılır.