Rum Pravoslav Patriarxlığı işğal altındakı Qüdsün Silvan qəsəbəsində yerləşən kilsə torpağının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edib.
Patriarxlığın açıqlamasına görə, 15 iyun 2026-cı ildə işğalçı İsrail qüvvələrinin müşayiəti ilə əraziyə daxil olunub, torpağa nəzarət edən nümayəndə ərazidən çıxarılıb, texnikalar müsadirə edilib və torpaq ətrafına hasar çəkilərək giriş-çıxış məhdudlaşdırılıb.
Patriarxlıq bəyan edib ki, Silvanda baş verənlər Qüdsdə xristian varlığını zəiflətməyə yönəlmiş addımların davamıdır.
Məlumata görə, təxminən 11 dönüm ərazini əhatə edən torpaq sahəsi rəsmi şəkildə Rum Pravoslav Patriarxlığının mülkiyyətindədir. Ərazi qədim monastırın yaxınlığında yerləşir və burada xristian irsini əks etdirən dini və tarixi izlər mövcuddur.
Qüds Vilayəti mediasının məlumatına əsasən, torpağa nəzarət edən şəxs ərazidən uzaqlaşdırılıb, kənd təsərrüfatı avadanlıqları götürülüb, çoxillik ağaclar və bitkilər məhv edilib.
Bundan başqa, ərazidə saxlanılan heyvanlar və nəqliyyat vasitələri də müsadirə olunub. Daha sonra torpaq sahəsi hasarlanaraq qapılar quraşdırılıb və tam nəzarət altına alınıb.
Silvan qəsəbəsi Məscidül-Əqsanın cənubunda, Qüdsün qədim şəhər hissəsinə bitişik ərazidə yerləşir.
“Human Rights Watch” təşkilatı bildirib ki, İsrail son aylarda Silvanda evlərin sökülməsini və fələstinlilərin məcburi köçürülməsini sürətləndirib. Təşkilat bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək dünya dövlətlərini təcili tədbirlər görməyə çağırıb.
Məlumata görə, bölgədə həyata keçirilən söküntülər “Kral Bağı” layihəsinin genişləndirilməsi və məskunlaşma layihələrinin inkişafı məqsədilə aparılır.
Qüdsdə kilsə torpağı müsadirə edildi: Pravoslav patriarxlığı məhkəməyə üz tutdu