İran İnqilab Keşikçiləri Korpusu bazar ertəsindən etibarən yayılan açıqlamada ABŞ hücumunda istifadə olunduğu iddia edilən hərbi hava bazasının hədəfə alındığını bildirib.
Açıqlamaya görə, İranın hərbi təyyarələri Hörmüzgan vilayətinin Sirik adasında yerləşən rabitə qülləsinə qarşı həyata keçirilən hücumun başladığı baza istiqamətində əməliyyat keçirib.
İnqilab Keşikçiləri bəyan edib ki, ABŞ tərəfindən yeni hücum baş verərsə, İranın cavabı əvvəlkindən “tamamilə fərqli” olacaq.
Açıqlamada ABŞ administrasiyası “təcavüzkar rejim” adlandırılıb və mülki şəxslərin, xüsusilə uşaqların ölümünə görə Vaşinqton məsul tutulub.
ABŞ Mərkəzi Komandanlığı – CENTCOM isə məsələ ilə bağlı ayrıca açıqlama yayıb.
Vaşinqton bildirib ki, şənbə və bazar günləri İranın radar sistemləri və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə qarşı “müdafiə xarakterli zərbələr” həyata keçirilib.
ABŞ tərəfi bu əməliyyatların İranın ABŞ-yə məxsus “MQ-1” pilotsuz aparatını vurmasına cavab olduğunu açıqlayıb.
Son günlər İran və ABŞ arasında xüsusilə Hörmüz boğazı ətrafında hərbi gərginlik daha da yüksəlib.
İran daha əvvəl ABŞ-yə məxsus pilotsuz aparatın ölkənin hava məkanını pozduğu üçün vurulduğunu açıqlamışdı.
Tehran həmçinin Hörmüz boğazından keçən gəmilərin İranın nəzarəti altında hərəkət etdiyini bildirərək bölgədə təhlükəsizlik nəzarətini gücləndirib.
Analitiklər hesab edir ki, son qarşılıqlı hücumlar bölgədə daha geniş hərbi eskalasiya riskini artırır.
Xüsusilə Hörmüz boğazının qlobal enerji ticarəti üçün strateji əhəmiyyəti səbəbindən İran-ABŞ gərginliyi beynəlxalq bazarlarda və təhlükəsizlik mühitində ciddi narahatlıq yaradır.
İran ABŞ hücumuna cavab zərbəsi endirdiyini açıqladı