Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırkı mərhələdə ölkədə Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim məsələsi üzrə referendum keçirilməsi üçün əsas yoxdur.
Paşinyan bu barədə “Facebook” səhifəsində paylaşdığı videomüraciətdə danışıb.
Mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında təşkilata üzv olan dörd dövlətin - Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstanın prezidentləri Ermənistanın Aİİ-dəki vəziyyəti ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Ermənistan hakimiyyətinə Aİİ ilə Avropa İttifaqı arasında seçim məsələsini referendum vasitəsilə mümkün qədər tez həll etmək çağırışı edilib.
Paşinyan isə cavab olaraq bildirib ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim qaçılmaz olana qədər Aİİ çərçivəsində fəaliyyətini davam etdirəcək.
“Biz Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim qaçılmaz olana qədər Aİİ çərçivəsində işləyirik və işləməyə davam edəcəyik. Belə bir qərar qəbul edilməli olarsa, təbii ki, bunu Ermənistan xalqı referendum yolu ilə verməlidir”, - Baş nazir deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın Avropa inteqrasiyası prosesi vətəndaşlara konkret seçim təqdim edilə biləcək mərhələyə çatmayıb.
“Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyənə və ya Aİ-yə namizəd statusuna yaxınlaşmayana qədər hər hansı referendumun keçirilməsi məntiqsizdir”, - Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, bu gün sözügedən seçim daha çox nəzəri xarakter daşıyır.
“Bu seçim hazırda nəzəri xarakter daşıyır. Nəzəri bir məsələni referenduma çıxarmaq isə nə məntiqlidir, nə də bunun üçün kifayət qədər əsas var”, - o bildirib.
Paşinyan əlavə edib ki, Ermənistan Aİİ çərçivəsində tərəfdaşlığa əsaslanan fəaliyyətini davam etdirəcək.
“Biz Avrasiya İqtisadi İttifaqında sakit, sabit və qarşıdurmadan uzaq şəkildə işləməyə davam edəcəyik. Hesab edirəm ki, bu istiqamətdə hələ istifadə edə biləcəyimiz potensial mövcuddur və yaxın gələcəkdə bundan yararlanacağıq”, - Ermənistanın Baş naziri deyib.
Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyənə qədər hər hansı referendumun keçirilməsi məntiqsizdir