SOCAR-ın İtaliyanın “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82 faizini aldığını təsdiqləyib

Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın İtaliyanın “API Holding”inə məxsus “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82 faizini aldığını təsdiqləyib.
Qərar Aİ-nin Birləşmə Qaydalarına uyğun aparılan araşdırmadan sonra qəbul olunub. Sövdələşmə əsasən xam neftin və emal olunmuş yanacaq məhsullarının təchizatı ilə bağlıdır.
Komissiya bildirib ki, şirkətlərin bazar payının məhdud olması səbəbindən əməliyyat rəqabət mühitinə risk yaratmır. Bu səbəbdən satınalma sadələşdirilmiş birləşmə yoxlama proseduru çərçivəsində qiymətləndirilib.
İtaliya mediası sövdələşmə nəticəsində SOCAR-ın bu brend altında fəaliyyət göstərən 4600-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsinə və neft emalı güclərinə nəzarət əldə edəcəyini yazıb. Müqavilənin ümumi dəyəri təxminən 3 milyard avro, o cümlədən 500 milyon avroya yaxın nağd vəsait kimi qiymətləndirilir.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş downstream platformalarından biridir. Şirkətin ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsi, illik təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavodu, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışı və bütün ölkəni əhatə edən logistika şəbəkəsi var.
SOCAR və “API Holding” arasında “Italiana Petroli”nin səhmlərinin satın alınması barədə müqavilə 2025-ci il sentyabrın 23-də imzalanıb