Ərbakan: İsrailin növbəti hədəfi Türkiyədir

Yeni Rifah Partiyasının lideri Ərbakan Dənizli konqressindəki çıxışında İsrail və ABŞ-ı sərt sözlərlə tənqid edib. Ərbakan Qəzzadan sonra İranın hədəf alındığını ifadə edərək, “Türkiyənin növbəsi yaxınlaşır” deyib.

Yeni Rifah Partiyasının sədri Fatih Ərbakan partiyasının Dənizli 2-ci Adi Konqresindəki çıxışında İsrail və ABŞ-ı hədəf alan sərt açıqlamalar verib. Mərkəzəfəndi Mədəniyyət Mərkəzində keçirilən konqresdə çıxış edən Ərbakan İslam coğrafiyasının ciddi təhlükə altında olduğunu vurğulayıb.

Qəzzaya edilən hücumların soyqırım həddinə çatdığını deyən Ərbakan, İsrailin təkcə Qəzza ilə məhdudlaşmadığını, Suriya, İran, Yəmən kimi bölgələrə də hərbi müdaxilələr etdiyini bildirib. Ərbakan, "Terror təşkilatı İsrail və onun xidmətçisi Amerika bir tərəfdən Qəzzanı bombalayır, digər tərəfdən də Suriyada Əsəd dövründən qalan hərbi ünsürləri məhv edirlər. İran və Yəmənə qarşı hücumlar təşkil edirlər. Nəhayət, İrana hücumla əslində Türkiyə başda olmaqla bütün dünyaya "növbə sizindir" mesajını verdilər" deyib.

Ərbakan Milli Baxış xəttinin illərdir bu təhdidlərə diqqət çəkdiyini və bugünkü hadisələrin bu ifadələri təsdiqlədiyini müdafiə edib. “Sadəcə İsraili qınamaq kifayət deyil, buna güclə cavab vermək lazımdır” deyən Ərbakan, Ərbakan Hocanın illər öncəki sözlərini xatırladıb: “İsrail sözdən deyil, gücdən anlayır”.